Azercell Yeni il ərəfəsində yeni Samsung kampaniyasını təqdim edir!  

16-12-2023 / 14:54

Xüsusi təklif çərçivəsində abunəçilərə 12 ay boyunca  1GB internet paketi hədiyyə ediləcək

 Texnoloji həlləri və yeni model smartfonları abunəçilər üçün əlçatan edən “Azercell Telekom” 15.12.2023-cü il tarixindən etibarən Samsung Kampaniyasına start verir. Yeni il ərəfəsində xüsusi təkliflə çıxış edən lider mobil operator Samsung A seriya modellərini əldə edən müştərilərə 12 ay müddətinə 1GB internet paketi hədiyyə edəcək. Kampaniyada yeni və mövcud, fakturalı və fakturasız (SimSim) xətt abunəçiləri iştirak edə bilər.

Yeni Samsung kampaniyasından yararlanmaq üçün Azercell-in rəsmi satış mərkəzlərindən və Kontakt Home mağazalar şəbəkəsindən 6 fərqli A seriyalı Samsung cihazlarından birini əldə etmək kifayətdir. Telefonlar 259 AZN-dən başlayan qiymətlərlə nağd şəklində satışa təqdim olunur. 1GB hədiyyə internet paketi 12 ay boyunca hər 30 gündən bir avtomatik qaydada yenilənəcək.

Kampaniya 31.01.24-cü il tarixinədək keçərlidir. Daha ətraflı məlumatla https://bit.ly/AzercellGalaxyA səhifəsində tanış olmaq mümkündür.

Qarşıdan gələn bayramlarda yaxınlarınızı sevindirmək üçün Azercell-in sərfəli kampaniyasından yararlanmaq fürsətini qaçırmayın.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə